Trampın məhkəməsi: Tərəfdarı özünü yandırdı

saytların hazırlanması

Evə çatdırılma

Trampın məhkəməsi: Tərəfdarı özünü yandırdı

Dünya

20 Aprel 2024 12:31 660


Nyu-Yorkda keçmiş Donald Trampın işinə baxılan məhkəmə binasının yaxınlığında bir nəfər özünü yandırıb.

Yenisabah.az New York Post-a istinadla xəbər verir ki, Manhetten parkında intihar cəhdi edən Florida ştatının 37 yaşlı sakini Maks Azzarelodur. 

O, dəhşətə gələn şahidlərin gözü qarşısında bədəninə yanacaq tökməzdən və alışqan yandırmazdan əvvəl bir yığın broşüranı havaya atıb. pizza sifarişi

Azzarelonun ailəsinin xəbəri olmadan Floridadan Nyu-Yorka getdiyi və məhkəmə binası qarşısında etiraz aksiyası keçirdiyi, burada həm Respublikaçı, həm də Demokrat partiyaların siyasi liderlərini sərt şəkildə tənqid etdiyi bildirilir.

Özünü yandırdıqdan sonra polis ərazini mühasirəyə alıb, qurban ağır vəziyyətdə yaxınlıqdakı xəstəxananın yanıq şöbəsinə aparılıb, lakin o, ölüb.

Azzarello bundan əvvəl 3 dəfə, o cümlədən asayişi pozmaq və əmlaka ziyan vurmaq ittihamı ilə həbs edilib.

Üçüncü həbsindən sonra Florida polisi onun intihara meylli olduğunu qeyd edib və onu işsizlik siyahısına salıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!