“Turan Tovuz“ avrokuboku təmin etdi, bu klub elitadan çıxır

saytların hazırlanması

Evə çatdırılma

“Turan Tovuz“ avrokuboku təmin etdi, bu klub elitadan çıxır

İdman

10 May 2026 19:05 116


Misli Premyer Liqasının XXXI turunda "Turan Tovuz " "Karvan-Yevlax"ı məğlub edib.

"Yeni Sabah" "Report"a istinadən xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan maç ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qolu 45+1-ci dəqiqədə Ayxan Hüseynov vurub. Sezar pizza

59 xalla üçüncü sırada yer alan "Turan Tovuz" avrokuboklara vəsiqəni təmin edib. Sona 2 tur qalmış qərb təmsilçisinin ikincilik şansları davam edir. 14 xala malik "Karvan-Yevlax"ın isə Premyer Liqanı tərk edəcəyi dəqiqləşib.

Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində "Kəpəz" "Sabah"ı (1:0), "Sumqayıt" isə "Araz-Naxçıvan"ı (2:1) məğlub edib. "Qəbələ" -"Qarabağ" matçında 1:1 hesabı qeydə alınıb. "İmişli" - "Zirə" görüşü isə qolsuz bərabərliklə başa çatıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!