"“Türk axını” qaz kəmərini partlatmağa cəhd edən diversantlar həbs edilib".
Yenisabah.az “İnterfaks”a istinadla xəbər verir ki, bunu Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O bildirib: “Putin bu qüvvələrin mümkün mənşəyinə eyham vurdu, onlar “Türk axını”na müdaxilə ediblər. Təxribatçıların bir neçəsi həbs edildi. Kəməri partlatmaq istəyirdilər. Bizim ərazimizdə, quruda...”. Dördpendirli pizza
Xatırladaq ki, oktyabrın əvvəlində Rusiya prezidenti Ukrayna xüsusi xidmətinin “Türk axını”nın bir hissəsinin sıradan çıxarılmasına çalışdığını bildirmişdi. Bu gün Astanada keçirilən görüşdə o bunu bir daha dilə gətirib.
Telegram kanalımız