Türk xalqı ilə birlikdə yas tuturuq - Peskov

saytların hazırlanması

Evə çatdırılma

Türk xalqı ilə birlikdə yas tuturuq - Peskov

Dünya

09 Fevral 2023 17:12 928


Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Türkiyənin Moskvadakı səfirliyinə gedib. 

Yenisabah.az xəbər verir ki, o, çoxsaylı insan itkisinə səbəb olan zəlzələyə görə Türkiyəyə başsağlığı verib. 

Kreml rəsmisi səfirlikdə açılan matəm kitabına ürək sözlərini yazıb.  Sezar pizza

Daha sonra "Anadolu" agentliyinə açıqlama verən Peskov Türkiyə dövlətinin ve Türk xalqının yanında olduqlarını bildirib. 

"Türk xalqı ilə birlikdə yas tuturuq. Türkiyə Rusiyanın dəyərli və önəmli qonşusudur. Tarixi nöqteyi-nəzərdən bir-birimizlə bağlıyıq. Ortaq tarixə malikik. Hər zaman ən çətin vaxtlarda birlikdə olmuşuq. Hər zaman bir-birimizə kömək etməyə hazır olmuşuq. Gələcəkdə də gücümüz çatan qədər yardımcı olmağa hazırıq",- Rusiya rəsmisi vurğulayıb. 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb.Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 14 351 nəfərə çatıb./Modern.az  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!