Türkiyə Azərbaycan vətəndaşları üçün viza müddətini uzatdı
03 İyn 2020 10:26
164

Türkiyə Azərbaycan vətəndaşları üçün viza müddətini uzatdı

Türkiyə Azərbaycan vətəndaşları üçün bu ölkədə vizasız qalmaq müddətini 90 günədək uzadıb.

Yenisabah.az xəbər verir ki, bununla bağlı qərarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıb. 

Qərara əsasən 2020-ci ilin fevralın 25-də Bakıda imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında" saziş təsdiqlənib.

Qərar bu gün Türkiyənin “Rəsmi qəzeti”ndə dərc edilib.

Qeyd edək ki, əvvəllər bu müddət 30 gün təşkil edirdi. 

Oxşar xəbərlər