Türkiyə “Ceddin deden”lə mesaj göndərdi?  - “O zaman Trampa da...”

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə “Ceddin deden”lə mesaj göndərdi? - “O zaman Trampa da...”

Siyasət

08 İyul 2026 15:32 153


İranda mərhum Ali Rəhbər Ayətullah Xamenei ilə vida mərasimində Quran ayələri ilə ismarışlar yollandırıldığından danışılır. Ankrada keçirilən NATO Zirvəsində mehtər marşları ifa olundu. Sosial şəbəkələrdə az qala gözə soxulur: “Yunanıstan Baş naziri Mitsotakisin qarşılanması zamanı bilərəkdən “Ceddin deden” ifa olundu! Bu, sərt mesajdır!”

“Ayətullah Xamaneinin vida mərasimində səsləndirilən ayələrlə Ankarada keçirilən NATO sammitində çalınan milli marşları eyniləşdirmək düzgün deyil. İran təbliğat dövlətidir, Türkiyə isə Yunanıstana təkcə musiqisi ilə deyil, hər şeyi ilə mesaj verir”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında Türkiyədə yaşayan azərbaycanlı politoloq Toğrul İsmayıl deyib. pizza mizza

O bildirib ki, Türkiyənin Yunanıstanla hər hansı siyasi yaxud hərbi problemi yoxdur:

“Yunanıstandakı siyasi rəhbərliyin mövqeyindən asılı olaraq, Ankara-Afina münasibətləri mütəmadi olaraq dəyişir. Türkiyə qonşu ölkə ilə münasibətlərin gərginləşməsində maraqlı deyil. “Ceddin deden” marşının çalınması ilə Yunanıstan Baş naziri Kiriakos Mitsotakisə nə mesaj ötürülə bilər ki?!

Türkiyə rəsmi olaraq Yunanıstanın dövlət sərhədlərini tanıyır və bu ölkə ilə müharibə vəziyyətində deyil. ABŞ Prezidenti Donald Trampın qarşılanması zamanı da marş oxundu. O zaman Trampa da hansısa mesaj ötürülmüş sayılır?! Türkiyə sadəcə olaraq milli ənənələrə, tarixi dövlətlərinə bağlı ölkədir. Bu marşları “Mehteran” adlanan orkestr ifa edir və bu orkestrın tarixi Səlcuqlu dövlətinin dövrünə gedib çıxır. Yunanıstan 10 milyon əhalisi olan, kiçik bir dövlətdir, Türkiyə isə 80 milyonluq regional güc”.

Politoloq əlavə edib ki, “Ceddin deden” marşı məzmun olaraq, daha çox millətə səslənişdir:

“Digər tərəfdən, Türkiyə və İran dövlətlərini müqayisə etmək düzgün olmaz. İran ideoloji, Türkiyə isə demokratik ölkədir. Bu marş təkcə Yunanıstan Baş nazirinin qarşılanması zamanı çalınsaydı, hansısa xüsusi mesaj daşıdığını bəlkə də demək olardı. Üstəlik “Ceddin deden” məzmun olaraq, daha çox millətə səslənişdir. Bu yanaşma o zaman doğru olar ki, Yunanıstan baş naziri keçən zaman “İzmir marşı”, Bolqarıstan Prezidenti qarşılanan zaman isə “Plevne marşı” səslənsin. Yaxud Trampa “Qurban olum sənə, ay Tramp”, Mitsotakisə isə “Ceddin deden” çalınsaydı, hansısa mesajdan bəhs etmək olardı”.

Xatırlatma: Ankarada baş tutan NATO Sammiti çərçivəsində, Prezident Rəcəb Tayyib Ərdoğan və Əminə Ərdoğan Beştəpə Sarayında liderlərin şərəfinə rəsmi qəbul və şam yeməyi təşkil edib. Yunanıstan Baş naziri Kiriakos Mitsotakis və xanımı avtomobildən düşüb rəsmi qarşılanma sahəsinə doğru irəliləyərkən, mehter qrupu “Ceddin Deden” marşını ifa etməyə başlayıb.Bu hadisə Türkiyə və Yunanıstan mətbuatında ciddi müzakirə mövzusuna çevrilib.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!