Türkiyə İsveçin NATO-ya qəbulunu dəstəkləməyəcək - Çavuşoğlu

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə İsveçin NATO-ya qəbulunu dəstəkləməyəcək - Çavuşoğlu

Dünya

13 Yanvar 2023 11:59 719


"Stokholm Türkiyədə terror təşkilatı kimi tanınan PKK-ya qarşı qətiyyətli tədbirlər görməyincə Ankara İsveçin NATO üzvlüyünə dəstək verməyəcək".

Yenisabah.az TRT-yə istinadla xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Nazir qeyd edib ki, PKK İsveçin Şimali Atlantika Alyansına üzvlüyünə mina qoyur: “İsveç hökuməti bu cür hərəkətlərə lazımi cavab verməsə, İsveçin NATO-ya üzvlük məsələsində gözlədiyi cavabı verməyəcəyik. İsveç öz seçimini etməlidir”. pizza

Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, Ankara terror təşkilatlarının fəaliyyətinə qarşı mübarizə üzrə Stokholmdan onunla imzalanmış memorandumu yerinə yetirməsini gözləyir. Bu, Türkiyənin İsveçin alyansa qoşulma ərizəsini təsdiqləməsi üçün şərtdir. Bu sənəd ötən ilin iyununda NATO-nun Madrid sammiti çərçivəsində imzalanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!