Türkiyə məhkəməsi Gültəkin Hacıbəyli ilə bağlı   qərar verdi

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə məhkəməsi Gültəkin Hacıbəyli ilə bağlı qərar verdi

Hadisə

15 Yanvar 2026 15:31 30305


Türkiyə məhkəməsi Azərbaycan Milli Məclisinin keçmiş deputatı, Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin şikayətini təmin etməyib.

“Yeni Sabah” xəbər verir ki, bunu o, sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, ötən gün İstanbul İdarə Məhkəməsi barəmdəki deportasiya qərarının dayandırılması ilə bağlı müraciətimə baxaraq şikayətimi təmin etməyib. Toyuqlu pizza

“Bu gün isə Ankara İdarə Məhkəməsi üzərimə qoyulmuş G-82 kodunun götürülməsi ilə bağlı müraciətim əsasında İstanbul Valiliyinə sorğu göndərilib. Xatırladım ki, G-82 kodu mənim guya hansısa terror təşkilatına üzv olmağım şübhəsinə görə verilib”, - G.Hacıbəyli söyləyib.

Xatırladaq ki, G.Hacıbəyli 2025-ci il noyabrın 30-da Türkiyədə saxlanılıb. Mediada o və Milli Şuranın digər üzvü, AXCP sədri Əli Kərimlinin Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dövlət çevrilişinə cəhd planında yer aldığı barədə məlumatlar yer alıb.

Qeyd edək ki, "Ramiz Mehdiyev işi" çərçivəsində AXCP sədri Əli Kərimli barəsində həbs qətimkan tədbiri seçilib.

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev isə Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Valeh
    Balam, Əli Kərimli tutulandan sonra daha siz və başqaları "Ramiz Mehdiyev işi" ilə bağlı yazı demək olar ki, vermirsiniz, hansı ki, Əlinin həbsindən əvvəl bu yazılar sizdə və başqalarında palan-palan gedirdi. Nə işdi?
    4 months ago
  • Haller
    ...meger siz ferqli bir əerar gozleyirdiniz?!...
    4 months ago