Azərbaycan Milli Məclisinin keçmiş deputatı Gültəkin Hacıbəylinin Türkiyədən deportasiyasına qərar verilib.
“Yeni Sabah”ın xəbərinə görə, bunu G.Hacıbəyli özü bildirib.
Onun sözlərinə görə, dekabrın 15-də 5 il müddətinə Türkiyədən deport olunmağı ilə bağlı rəsmi qərar təqdim edilib: pizza sifarişi
“Türkiyədə 2 illik oturum iznim olmasına və bu günə qədər heç bir qayda pozuntusuna yol verməməyimə baxmayaraq, barəmdə belə bir qərarın verilməsi mənə qarşı ədalətsizlikdir. Bu qərarın hansı əsasla verildiyi isə açıqlanmır.
Mən heç bir hüquqi əsas olmadan noyabr ayının 29- dan Türkiyədə xüsusi sərt nəzarət altında deportasiya mərkəzində saxlanılmağımla bağlı məhkəməyə müraciət etmişəm. Məhkəmə qərarını gözləmədən tələsik belə bir qərar qəbul edilməsi bu qərarın hüquqi deyil, siyasi əsaslarla verildiyini göstərir.
Onu da bildirirəm ki, 3 gün öncə saxlanıldığım Arnavutköy Geri Göndərmə Mərkəzindən çıxarılaraq Çatalca Geri Göndərmə Mərkəzinə gətirilmişəm. Aldığım məlumata görə, bu mərkəzdə saxlanılanlar adətən daha qısa müddətdə burada tutulurlar. Ona görə də belə bir təəssürat yaranır ki, mənim məcburi qaydada Azərbaycana göndərilməyim üçün hansısa hazırlıq işləri aparılır”.
G.Hacəbəyli məsələ ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edib və kömək istəyib.
Xatırladaq ki, mediada Gültəkin Hacıbəyli və Milli Şuranın digər üzvü, AXCP sədri Əli Kərimlinin Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dövlət çevrilişinə cəhd planında yer aldığı barədə məlumatlar yer alıb.
Qeyd edək ki, "Ramiz Mehdiyev işi" çərçivəsində AXCP sədri Əli Kərimli barəsində həbs qətimkan tədbiri seçilib.
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev isə Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.
Telegram kanalımız