Türkiyə millisnin futbolçusu: “Bakıda azarkeşlərimizi sevindirəcəyik“
10 İyn 2021 13:49
377

Türkiyə millisnin futbolçusu: “Bakıda azarkeşlərimizi sevindirəcəyik“

"Bakıda keçirəcəyimiz 2 görüş azarkeşlər sarıdan bizim üçün əlverişli olacaq.

Bu amil oyunumuza müsbət təsir edəcək. Təqribən 1,5 ildir azarkeşsiz oynayırıq. Fanatlar tribunada olanda təmam fərqli ab-hava görürsən".

Yenisabah.az xəbər verir ki, bu fikirləri Türkiyə millisinin futbolçusu Ozan Kabak AVRO-2020-nin Bakıdakı oyunları barədə danışarkən deyib.

21 yaşlı müdafiəçi azarkeşlər üçün darıxdıqlarını bildirib: "Xüsusilə Bakıda türkiyəli azarkeşlərin çox olacağını, yaxşı oyun göstərəcəyimizi düşünürəm. Ümid edirəm ki, həm özümüzü, həm də tərəfdarlarımızı sevindərəcəyik".

Türkiyə millisi Avropa çempionatında ilk oyununu iyunun 11-də Romada İtaliyaya qarşı keçirəcək. "Ay-ulduzlular" daha sonra Bakı Olimpiya Stadionunda Uelslə iyunun 16-da və İsveçrə ilə iyunun 20-də A qrupunun digər iki görüşünə çıxacaq.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər