Türkiyə parlamenti İsveç dosyesinə nə vaxt baxacaq?

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə parlamenti İsveç dosyesinə nə vaxt baxacaq?

Dünya

11 İyul 2023 12:04 584


İsveçin NATO-ya qəbulu ilə bağlı protokol yaxın vaxtlarda Türkiyə parlamentinə təqdim olunacaq, lakin Məclis bu həftə yay tətilinə getdiyi üçün çox güman ki, protokol payız sessiyasında təsdiqlənəcək.

Yenisabah.az CNN Türk-ə istinadla xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin  payız sessiyası oktyabrın 1-də başlayır.

İsveç sənədin qəbulu proseduru barədə məlumatlandırılıb. O cümlədən, bildirilib ki, yerli qanunvericiliyə əsasən, prezident və ya XİN rəhbərinin protokolu təqdim edildikdən sonra o, baxılmaq üçün müvafiq komissiyaya təqdim olunacaq və yalnız bundan sonra onun təsdiqi bütövlükdə parlamentin müzakirəsinə veriləcək. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!