Türkiyə, Rusiya və İran XİN rəhbərləri görüşüb

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə, Rusiya və İran XİN rəhbərləri görüşüb

Dünya

22 Sentyabr 2022 08:37 821


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Nyu-Yorkda Astana formatında XİN rəhbərlərinin Suriya üzrə görüşündə iştirak edib.

“Yeni Sabah” xəbər verir ki, görüş Nyu-Yorkdakı Türkiyə Evində BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə keçirilib.

"Biz Astana prosesinin xarici işlər nazirlərinin görüşünü keçirdik. Suriya böhranının daimi siyasi həlli üçün bütün sahələrdə diplomatik səylərimizi davam etdiririk", - deyə M.Çavuşoğlu özünün "Twitter" səhifəsindəki paylaşımında bildirib. Görüşdə BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersen də iştirak edib. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!