Türkiyə səhəri zəlzələ ilə açdı: Kahramanmaraş, Osmaniyə, Kayseri...

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə səhəri zəlzələ ilə açdı: Kahramanmaraş, Osmaniyə, Kayseri...

Hadisə

21 Sentyabr 2026 09:43 227


Türkiyənin cənubundakı Adana vilayətində səhər saatlarında 5 maqnitudalı zəlzələ baş verib, yeraltı təkanlar daha dörd qonşu vilayətdə hiss olunub.

“Yeni Sabah” xəbər verir ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, hər hansı mənfi hal və dağıntı qeydə alınmayıb.

AFAD-ın "X" sosial şəbəkəsində yayımladığı açıqlamada deyilir: pizza hut

“Adana vilayətinin Saimbəyli rayonunda saat 04:02-də baş verən və Kahramanmaraş, Osmaniyə, Kayseri və Qaziantep vilayətlərində də hiss olunan 5 maqnitudalı zəlzələdən sonra hazırda hər hansı mənfi hal qeydə alınmayıb. Ərazidə araşdırmalar davam etdirilir”.

Adana vilayəti rəhbərliyi də zəlzələdən sonra dağıntılarla bağlı təcili xidmətlərə hər hansı müraciətin daxil olmadığını bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!