Türkiyə Superliqasında növbəti baş məşqçi istefası 

Türkiyə Superliqasında növbəti baş məşqçi istefası 

İdman Veb saytların hazırlanması

02 Oktyabr 2023 18:02 393


“Ankaragücü” baş məşqçisi Tolunay Kafkasla yollarını ayırıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə Superliqa təmsilçisinin saytı məlumat yayıb. 55 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. 

Komanda Superliqanın yeni mövsümündə uğursuz nəticələrə imza atıb. 7 oyundan sonra “Ankaragücü” hazırda turnir cədvəlində 6 xalla 14-cüdür. 

Xatırladaq ki, bu, artıq yeni mövsümdə Superliqada 6-cı baş məşqçi istefasıdır. Daha əvvəl bu mövsüm "Başakşehir" Emre Belözoğlunu, "Kayserispor" Çağdaş Atanı, "Qaziantep" Erdal Güneşi, "İstanbulspor" isə Fatih Tekkeni, "Samsunspor" Hüseyin Eroğlunu istefaya göndərib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!