Türkiyə tarixində ilk dəfə ölkə üzrə mülki müdafiə təlimi keçiriləcək.
Yenisabah.az “CNN Türk”ə istinadla xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu danışıb.
Onun sözlərinə görə, təlimlər noyabrın 12-də başlayacaq: “Təlimlə bağlı radiolar, televiziyalar elan verəcək”. Dördpendirli pizza
Nazir deyib ki, həmin gün Düzcədə baş verən zəlzələnin 23-cü ildönümüdür.
Xatırladaq ki, 1999-cu il noyabrın 12-i saat 18:57-də Türkiyənin Düzcə bölgəsində 7,2 bal gücündə zəlzələ olub. Təbii fəlakət nəticəsində 845 nəfər ölmüş, 4 948 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdı.
Telegram kanalımız