Türkiyə İsraillə səfirlərin təyin olunması imkanlarını müzakirə etməyə hazırdır.
Yenisabah.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İsrailə səfəri zamanı deyib.
Çavuşoğlunun sözlərinə görə, tərəflər müvafiq dövlət qurumları arasında texniki görüşləri bərpa etmək barədə razılığa gəlib.
"Lapidin Türkiyəyə səfəri zamanı İsraillə qarşılıqlı səfirlərin təyin edilməsi məsələsini dəyərləndirmək qərarına gəldik”, - deyə Türkiyə XİN başçısı bildirib.
Telegram kanalımız