Türkiyədə dolların məzənnəsi 26 lirəni ötdü

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə dolların məzənnəsi 26 lirəni ötdü

Dünya

27 İyun 2023 13:35 816


Türkiyə Mərkəzi Bankının uçot dərəcəsini 8,5%-dən 15%-ə kimi artırmasından sonra lirə digər valyutalar qarşısında kəskin enişi davam etdirib.

Yenisabah.az "APA-Economics"ə istinadla xəbər verir ki, iyunun 27-də birjalarda Dollar/Türkiyə Lirəsi məzənnəsi rekordunu yeniləyib 26,11 səviyyəsinə qədər yüksəlib, hazırda isə 25,60 səviyyəsində ticarət edilir. Avro/Türkiyə Lirəsi məzənnəsi isə 28,56 səviyyəsini test edib.

Başqa sözlə, TL bir gündə dollar qarşısında 3% dəyər itirib. Son bir ayda isə lirə 25% ucuzlaşıb. Sezar pizza

Türkiyə Mərkəzi Bankı isə dolların bugünkü məzənnəsini alış üzrə 25.82 TL, satış üzrə 25.86 TL müəyyən edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!