Türkiyədə hərbi təyyarə qəzaya uğradı - Pilot həlak oldu
07 Apr 2021 16:57
422

Türkiyədə hərbi təyyarə qəzaya uğradı - Pilot həlak oldu

Türkiyənin Konya vilayətində hərbi təyyarə qəzaya uğrayıb.

Yenisabah.az xəbər verir ki, qəza nəticəsində təyyarənin pilotu həlak olub.

Hadisə yerinə xilasedicilər cəlb edilib.

Məlum olub ki, təyyarə "Türk ulduzları" aviaakrobatika qrupuna məxsus NF-5 təyyarəsidir. Qəza təlim zamanı baş verib.

Türkiyə Milli Müdafiə Nazirliyinin hadisə ilə bağlı açıqlamasında qəzanın səbəbinin bilinmədiyi qeyd edilir. Həmçinin, məsələ ilə əlaqədar araşdırmalara başlanıldığı vurğulanır. (Trend)

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər