Türkiyədə keçmiş nazirin şübhəli ölümü ilə bağlı bir nəfər saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə keçmiş nazirin şübhəli ölümü ilə bağlı bir nəfər saxlanıldı

Dünya

03 Sentyabr 2026 21:59 48


Türkiyənin keçmiş nəqliyyat naziri Arif Ahmet Denizolqunun şübhəli ölümü ilə bağlı aparılan istintaq çərçivəsində onun həkimi olduğu bildirilən N.D. "yalan ifadə vermə" ittihamı ilə saxlanılıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Haber Global" telekanalı məlumat yayıb.

*Türkiyəli keçmiş nazirin şübhəli ölümü ilə bağlı qərar: Məzarı açılacaq pizza sifarişi

O, Bakırköy Prokurorluğu tərəfindən həyata keçirilən araşdırmalar çərçivəsində saxlanılıb.

Daha əvvəl iş üzrə şahid qismində ifadə verən N.D. polis bölməsindəki prosedurlar başa çatdıqdan sonra sabah hakim qarşısına çıxarılacaq.

Xatırladaq ki, Arif Ahmet Denizolqun 6 sentyabr 2016-cı ildə vəfat edib. Ölümündən sonra hadisənin təbii səbəblərdən baş verdiyinə dair qiymətləndirmələrlə yanaşı, illər ərzində ölümünün şübhəli olduğuna dair iddialar da ortaya atılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!