Türkiyədə məscidlər açıldı - Namaz maska ilə qılınır 
24 İyn 2020 12:38
1022

Türkiyədə məscidlər açıldı - Namaz maska ilə qılınır 

Məlum olduğu kimi, bir müddət əvvəl koronavirusla əlaqədar Türkiyədə məscidlərdə namaz qılmaq qadağan edilib. 

Yenisabah.az xəbər verir ki, qonşu ölkədə artıq yumşaldılma tədbirləri həyata keçirilir və bu çərçivədə camaat səhər, günorta və axşam birgə namaz qıla biləcək. 

Bu haqda açıqlama verən Diyanət İşləri sədri Əli Ərbaş bunun üçün insanların sosial məsafəni qorumalı, maska taxmalı və gigiyena qaydalarına əməl etməli olduğunu deyib. Cümhuriyyət tarixinin ən böyük məscidi olan Çamlıca camisində isə artıq bu gündən yüzlərlə insan ibadətə başlayıb.

 

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər