Türkiyədə “səhra istisi“: Əhaliyə xəbərdarlıq edildi

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə “səhra istisi“: Əhaliyə xəbərdarlıq edildi

Dünya

20 İyul 2023 19:05 917


Meşə yanğınları ilə mübarizə aparan Türkiyə cümə axşamından etibarən xüsusilə ölkənin qərbinə və məşhur kurortlara təsir edəcək yeni isti dalğası ilə üz-üzədir.

Yenisabah.az “Yeni Şafak”a istinadla xəbər verir ki, bu gündən etibarən "səhra istisi" Türkiyənin qərbinə güclü zərbə vuracaq.

Proqnozlara görə, gələn həftə gözlənilən ikinci isti dalğası rekordları qıra bilər. Pepperoni pizza

Cümə günü İstanbulda temperaturun 38 dərəcəyə yüksələcəyi gözlənilir. Ekspertlərin fikrincə, günorta saatlarında vətəndaşlar imkan daxilində özlərini qorumalıdırlar. Çanaqqalada 40, Aydında 42, İzmirdə 39, Antalyada 41, Ankarada 35 dərəcə isti gözlənilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!