Türkiyədə təyyarədə bomba həyəcanı - 143 sərnişin təxliyə olundu

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə təyyarədə bomba həyəcanı - 143 sərnişin təxliyə olundu

Dünya

06 Oktyabr 2026 00:03 74


Türkiyənin Ankara şəhərindən Şanlıurfa GAP Hava Limanına uçan “AJet” sərnişin təyyarəsində təhlükəli partlayıcı qurğunun olması ilə bağlı məlumat daxil olub.

“Yeni Sabah” xəbər verir ki, məsələ ilə əlaqədar Şanlıurfa valisi Hasan Şıldak açıqlama verib.

Açıqlamaya əsasən, məlumatdan sonra təyyarə təhlükəsiz şəkildə eniş edib və göyərtədəki 143 nəfər – sərnişinlər və ekipaj üzvləri nəzarətli şəkildə təxliyə olunub. pizza

Təhlükəsizlik və axtarış qrupları təyyarə və baqaj üzərində ətraflı yoxlamaları davam etdirirlər.\“Qafqazinfo”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!