Türkiyədə yeni PUA sınaqdan çıxarıldı

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə yeni PUA sınaqdan çıxarıldı

Dünya

10 Yanvar 2023 15:05 730


Türkiyə şaquli eniş və şaquli uçuş həyata keçirən yeni pilotsuz uçuş aparatını (PUA) sınaqdan keçirib.

Yenisabah.az "Anadolu"ya istinadla xəbər verir ki, PUA daha əvvəl "Bayraktar"ı buraxan "Baykar" tərəfindən yaradılıb.

Yeni uçuş aparatı uğurla 8 min fut (2438,4 metr) işləmə hündürlüyünə nail olub. pizza sifarişi

2023-cü ildə Türkiyə Silahlı Qüvvələri tərəfindən qəbul edilməsi planlaşdırılan pilotsuz uçuş aparatı avtonom və yarı avtonom rejimdə uçmaq, eləcə də avtonom havaya qalxıb enmə qabiliyyətinə malikdir.

Yeni PUA Türkiyə Hərbi Dəniz Qüvvələrinin flaqmanı olan "TCG Anadolu" desant gəmisində yerləşəcək.

Dron, həmçinin monitorinq və kəşfiyyat toplama işlərini də yerinə yetirmək qabiliyyətinə malikdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!