Türkiyədə sosial şəbəkələr üzərindən satış edən səhifələrlə bağlı yeni qərar qəbul edilib.
“Yeni Sabah” xəbər verir ki, yeni qaydalara əsasən, “Instagram”, “Facebook” və digər platformalarda məhsul və ya xidmət təklif edən səhifələr qiymətləri paylaşımda açıq şəkildə qeyd etməyə məcburdurlar. Qiyməti gizlədənlər və alıcıları şəxsi mesaja (DM) yönləndirənlər böyük məbləğdə cərimələnəcəklər.
Qərarın əsas məqsədi istehlakçı hüquqlarını qorumaq, qiymət şəffaflığını təmin etmək və haqsız rəqabətin qarşısını almaqdır. Pepperoni pizza
Telegram kanalımız