Türkiyədə zəlzələ qurbanlarının sayı açıqlandı

Türkiyədə zəlzələ qurbanlarının sayı açıqlandı

Dünya

18 Mart 2023 21:01 688


Fevral ayında Türkiyədə baş vermiş dağıdıcı zəlzələlərin qurbanlarının yeni sayı açıqlanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə jurnalistlərə ölkənin vitse-prezidenti Fuat Oktay məlumat verib.

“Episentri Kahramanmaraş vilayətində yerləşən zəlzələlər nəticəsində 49 589 nəfər ölüb ki, onlardan 6 807 nəfəri xarici vətəndaşlardır”, - o deyib.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!