Türkiyədə zəlzələlərdən sonra yeddi afterşok qeydə alındı

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə zəlzələlərdən sonra yeddi afterşok qeydə alındı

Dünya

10 Avqust 2025 23:08 545


Türkiyədə zəlzələlərdən sonra üç maqnitudadan yuxarı 7 afterşok qeydə alınıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təbiət hadisələri Manisa, İzmir, Uşak və Bursa vilayətlərində hiss olunub. Hazırda axtarış-xilasetmə tədbirləri davam edir.

Qeyd edək ki, Balıkesir vilayətinin Sındırğı rayonunda baş verən 6,1 maqnitudalı zəlzələ nəticəsində 10 bina dağılıb. Zəlzələ ocağı 11 kilometr dərinlikdə yerləşib.

Yerli mətbuatın məlumatına görə, Manisa şəhərində də ard-arda iki dəfə zəlzələ olub. Təbiət hadisələri 4.6 və 4.3 maqnitudada qeydə alınıb./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!