Britaniyalı zəlzələ üzrə ekspert Stephan Hiks Türkiyədə baş vermiş təbii fəlakətlə bağlı sensasion fikirlər səsləndirib.
Yenisabah.az xəbər verir ki, onun fikrincə, Türkiyədəki zəlzələ Britaniyada qeydə alınsaydı, ölkə iki hissəyə bölünərdi.
“Türkiyənin Kahramanmaraş şəhərində baş verən zəlzələ İngiltərədə olsa, Bringam, Mançestr, Seffild, Bristol şəhərləri xarabalığa çevrilər, yerlə bir olardı. Bizim binalarımız belə güclü zəlzələyə qətiyyən müqavimət göstərə bilməz. Türkiyədəki zələlənin miqyası həqiqətən çox böyükdür. Bu hadisə bizdə baş versəydi, 7 bal gücündə zəlzələ İngiltərənin əksər şəhərlərində hiss ediləcəkdi. Bir sözlə, ölkə ikiyə bölünə bilərdi”, - deyə tanınmış mütəxəssis bildirib. Pepperoni pizza
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Zəlzələ nəticəsində həlak olanların sayı 22 327 nəfərə çatıb, 80 278 nəfər yaralanıb./Modern.az
Telegram kanalımız