Türkiyəli ulduz Qarabağa görə toyunu təxirə saldı
26 Okt 2020 17:45
936

Türkiyəli ulduz Qarabağa görə toyunu təxirə saldı

Türkiyəli müğənni Cem Belevi 4 il münasibətdə olduğu aktrisa sevgilisi Zəhra Yılmazla toyunu təxirə salıb.

Yenisabah.az “huriyyet.com”a istinadən xəbər verir ki, müğənni buna səbəb olaraq Qarabağda döyüşlərin getməsini göstərib:

“Azərbaycanın işğal altında olan torpaqlarını azad etmək uğrunda mübarizə apardığı bir vaxtda toy etməyi düşünmürük. Anam və atam Bakıda yaşayır. Belə bir vəziyyətdə toy barədə düşünmək düzgün çıxmaz. Ona görə də təxirə saldıq”.

Xatırladaq ki, Cem Belevi  sevgilisinə onun ada günüdə evlilik təklif etmişdi.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər