Türkiyənin ən böyük xəstəxanalarından birində yanğın oldu

saytların hazırlanması

Evə çatdırılma

Türkiyənin ən böyük xəstəxanalarından birində yanğın oldu

Dünya

10 Oktyabr 2026 23:52 83


Türkiyədə, İstanbul şəhərinin Kartal rayonunda yerləşən Koşuyolu Tədris və Araşdırma Xəstəxanasının damında yanğın baş verib.

"Yeni Sabah" Türkiyə mediasına istinadən xəbər verir ki, şəhərin Asiya hissəsində yerləşən xəstəxana ölkənin iri kardiologiya mərkəzlərindən biridir və bütün ölkədən xəstələri qəbul edir.

Qeyd olunub ki, yanğın poliklinikanın əlavə korpusunda başlayıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub və onlar alovun söndürülməsi istiqamətində işləri davam etdirirlər. Marqarita pizza

Xəstələrin təxliyəsinə başlanılıb. Xəsarət alanlar barədə hələlik məlumat yoxdur. Yanğının səbəbi məlum deyil.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!