Türkiyənin keçmiş erməni deputatı kilsədən qovuldu 

saytların hazırlanması

Evə çatdırılma

Türkiyənin keçmiş erməni deputatı kilsədən qovuldu 

Maraqlı

22 Aprel 2024 09:43 1334


Türkiyə parlamentinin erməni əsilli keçmiş deputatı Karo Paylanı Los-Ancelesin Burbank şəhərindəki Müqəddəs Qevondats kilsəsindən qovublar. 

Yenisabah.az xəbər verir ki, bu barədə “Hraparak”ın məlumatında bildirilib.

Karo Paylanı Los-Ancelesdə baş nazir Nikol Paşinyanın dəstəkçilərindən olan Hnçakyan partiyasından Mihran Xaçaturyanın müşayiət etdiyi də qeyd edilib. 

Məlumata görə, K.Paylan kilsəyə gələrkən Los-Ancelesin erməni icmasının nümayəndələri onu əclaf, türk, satqın adlandırıblar. 

“Kilsədəkilər onu təhqir etməkdən çəkinirdilər, lakin o, kilsədən çıxanda onu türk, əclaf adlandırmağa başladılar. Paylan kilsənin içərisində daha təhlükəsiz olduğunu başa düşdü, yenidən kilsəyə girdi və yepiskopun müşayiəti ilə arxa qapısından çıxdı. Yepiskopla təhlükəsiz idi, insanlar yepiskopdan təsirlənərdi”, - erməni icmasının nümayəndəsi bildirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!