UEFA Avropa Liqası: “Qarabağ” Bakıda “Malmö”yə uduzdu

saytların hazırlanması

Evə çatdırılma

UEFA Avropa Liqası: “Qarabağ” Bakıda “Malmö”yə uduzdu

İdman

03 Oktyabr 2024 22:49 762


"Qarabağ" UEFA Avropa Liqasında növbəti oyununu keçirib.

Yenisabah.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Bakıda İsveç "Malmö"sünü qəbul edib. 

Qarşılaşmanın 15-ci dəqiqəsində Juniniyonun qolu ilə "Qarabağ" hesabı açsa da, rəqib oyunda dönüş edə bilib. "Malmö"nün 2 qol vurmasına mane ola bilməyən "Qarabağ" futbolçuları xeyli çalışsalar da, hesabı bərabərləşdirə bilməyiblər. Belədə rəqib Bakıdan 3 xalla qayıdıb - 2:1. Marqarita pizza

Qeyd edək ki, Azərbaycan çempionu Liqa mərhələsinin III turunda Niderlandın "Ayaks" komandası ilə üz-üzə gələcək. Bu oyun oktyabrın 24-də keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!