UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib.
"Yeni Sabah" xəbər verir ki, raundun ilk matçında PSJ Fransada Almaniyanın "Bavariya" komandasını qəbul edib.
İsveçrəli baş hakim Sandro Şererin idarə etdiyi oyunda 9 qol vurulub. Meydan sahibləri qələbə qazanıblar - 5:4.
Tərəflər arasında cavab görüşü mayın 6-da baş tutacaq.
Xatırladaq ki, yarımfinalın digər matçı aprelin 29-da təşkil olunacaq. "Atletiko" İspaniyada İngiltərənin "Arsenal" kollektivi ilə üz-üzə gələcək.
Telegram kanalımız