UEFA yığma komandaların pley-off matçlarının qaydalarını dəyişdirdi

saytların hazırlanması

Evə çatdırılma

UEFA yığma komandaların pley-off matçlarının qaydalarını dəyişdirdi

İdman

03 İyun 2026 19:37 82


UEFA böyük turnirlərdən əvvəl keçirilən pley-off matçlarının qaydalarını dəyişdirib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Football Meets Data" platforması məlumat yayıb.

Daha əvvəl final mərhələsinə vəsiqə qazanmaq uğrunda keçirilən pley-off oyunlarına ev sahibliyi edəcək komandalar püşkatma yolu ilə təsadüfi seçilirdi. Bu qaydaya görə, İtaliya, Danimarka və Türkiyə kimi yığmalar DÇ-2026-nın həlledici pley-off matçlarını səfərdə keçirməli olmuşdular. Marqarita pizza

"Football Meets Data" platforması diqqət çəkir ki, UEFA Avropa çempionatının keçirilməsi haqqında 17.01-ci bəndə dəyişiklik edib. Yeni qaydalara əsasən, birinci səbətdə yer alan komandalar avtomatik olaraq üstünlüyə malik olacaqlar və pley-off mərhələsinin yarımfinal və final oyunlarını öz meydanlarında keçirəcəklər.

Xatırladaq ki, daha əvvəl DÇ-2026-ya vəsiqə uğrunda pley-off oyunlarının finallarında Türkiyə səfərdə Kosovoya qalib gəlmiş, Danimarka və İtaliya isə müvafiq olaraq Çexiya və Bosniyaya səfər matçlarında məğlub olmuşdular./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!