Ukraynanın Rəqəmsal Transformasiya Nazirliyi 11 dəst Amerika istehsalı olan “Puma-LE” dronları alacaq.
Yenisabah.az UNIAN-a istinadla xəbər verir ki, bu barədə Ukraynanın rəqəmsal transformasiya naziri Mixail Fyodorov danışıb.
“Ukrayna silahlı qüvvələri üçün 11 güclü “Puma-LE” pilotsuz təyyarə kompleksi alacağıq. Onların dəyəri 540 milyon qrivnadır (14,6 milyon dollar). Pilotsuz təyyarələr normal və altı qatlı istilik izolyasiya kamerası ilə təchiz olunub”, – o, “Telegram” kanalında yazıb. Pepperoni pizza
Nazir əlavə edib ki, qurğular 60 kilometrə qədər məsafə qət edə bilir.
Qeyd edək ki, “Puma-LE” pilotsuz uçan aparatı Amerikanın “AeroVironment” şirkəti tərəfindən hazırlanıb. Şirkət ABŞ hakimiyyəti ilə əməkdaşlıq edərək Ukraynaya təchizatla kömək edir. Pilotsuz təyyarələrin birinin qiyməti 250 min dollardır.
Telegram kanalımız