Ukrayna Baş Qərargahı: “Rusiyada gizli səfərbərlik davam edir”

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna Baş Qərargahı: “Rusiyada gizli səfərbərlik davam edir”

Dünya

24 Fevral 2023 09:49 562


“Rusiyada gizli səfərbərlik davam edir. Xüsusilə Qafqaz regionunda hərbi xidmətə çağırış yaşında olan kişilər məcburi şəkildə döyüş əməliyyatlarına cəlb olunurlar”. 

“Report” xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahından bildirilib. 

Qeyd olunub ki, sağlamlığından asılı olmayaraq bütün kişilər səfərbərliyə cəlb olunurlar: “Onların xeyli hissəsi məhbuslardır. Məhbuslar Ukrayna ərazisindəki döyüş əməliyyatlarında könüllü iştirak etmək şərti ilə həbsdən azad edilirlər”.  pizza sifarişi

Məlumata görə, Luqansk vilayətinin müvəqqəti işğal olunmuş ərazilərinin bəzi hissələrində internet kəsilib: “Buna səbəb Rusiya qüvvələrinin fəaliyyətləri barədə məlumatın yayılmasının qarşısının alınmasıdır”. 

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Bu gün savaşın ildönümüdür. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!