Ukrayna Futbol Assosiasiyasının keçmiş prezidenti Andrey Pavelko Slovakiyada saxlanılıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Ukraynanın baş prokuroru Ruslan Kravçenko özünün "Telegram" kanalında məlumat yayıb.
Məlumata görə, Andrey Pavelko Ukrayna dövlət büdcəsinə 6.6 milyon ABŞ dolları məbləğində ziyan vurmaqda ittiham olunur. O, Slovakiyanın paytaxtı Bratislavada saxlanılıb. Hazırda keçmiş futbol funksionerinin Ukraynaya ekstradisiyası istiqamətində prosedurlar həyata keçirilir. pizza mizza
Xatırladaq ki, Pavelko 2022-ci ilin noyabrında büdcə vəsaitlərini mənimsəmək ittihamı ilə bir dəfə həbs edilmişdi. Lakin daha sonra apellyasiya şikayətini təmin etdirərək azadlığa buraxılmışdı.
2025-ci ilin noyabrında isə o, korrupsiya işi üzrə yenidən beynəlxalq axtarışa verilmişdi./Oxu.az
Telegram kanalımız