Ukrayna “Kaça” aerodromuna və Simferopoldakı neft bazasına zərbə endirdi

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna “Kaça” aerodromuna və Simferopoldakı neft bazasına zərbə endirdi

Dünya

29 Aprel 2026 20:43 83


Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Krımdakı "Kaça" aerodromuna və Rusiyanın ilhaq etdiyi Simferopoldakı neft bazasına zərbələr endirib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, "Kaça" aerodromunda "MR-10" radiolokasiya stansiyası, hava hücumundan müdafiə (HHM) idarəetmə məntəqəsi və "Parol-4" (1L22) yerüstü radiolokasiya sorğu qurğusu vurulub.

Həmçinin, Simferopoldakı "TES" neft bazasına, eləcə də Pervomayskoye ərazisindəki sursat anbarına zərbə endirildiyi bildirilir.

Bundan əlavə, Ukrayna tərəfi Zaporojye, Donetsk və Kursk vilayətlərinin bir sıra rayonlarında HHM sistemi obyektlərinin və pilotsuz uçuş aparatlarının idarəetmə məntəqələrinin vurulduğunu bəyan edib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!