“Ukrayna müharibəsi qlobal iqtisadiyyata mənfi təsir göstərir“ - BVF

saytların hazırlanması

Evə çatdırılma

“Ukrayna müharibəsi qlobal iqtisadiyyata mənfi təsir göstərir“ - BVF

Dünya

17 Noyabr 2022 17:53 589


“Ukraynadakı münaqişə dünya iqtisadiyyatında əsas mənfi amildir və çox güman ki, 2023-cü ildə də ona təsir etməkdə davam edəcək”.

Yenisabah.az CNBC-yə istinadla xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (IMF) icraçı direktoru Kristalina Georgiyeva bildirib.

O deyib: “Bizcə, Ukraynadakı münaqişə bu il və çox güman ki, gələn il də dünya iqtisadiyyatı üçün ən mühüm mənfi amildir. Artan narahatlığa səbəb olan hər şey, şübhəsiz ki, böyümə perspektivlərinə və bütün dünyada insanların tələb və gözləntilərinə cavab verməyə xələl gətirir". Dominos pizza

Xatırladaq, bundan əvvəl IMF-nin tədqiqat mərkəzinin əməkdaşı Triqvi Qudmondsson bəyan etmişdi ki, Ukraynadakı münaqişənin nəticələri və inflyasiya ilə əlaqədar təşkilatın dünya iqtisadiyyatının artımı ilə bağlı son proqnozu ötən ayla müqayisədə daha pessimistdir. 2023-cü ilin oktyabrında IMF-nin dünya iqtisadiyyatının artımı proqnozu iyunda 2,9 faiz, yanvarda isə 3,8 faizdən 2,7 faizə enib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!