Ukrayna NATO ölkələrini müharibəyə cəlb etməyi planlaşdırmır

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna NATO ölkələrini müharibəyə cəlb etməyi planlaşdırmır

Dünya

02 İyun 2023 17:03 648


Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Ukrayna heç bir NATO ölkəsini müharibəyə cəlb etməyi planlaşdırmır.

Yenisabah.az UNİAN-a istinadla xəbər verir ki, Zelenski bu barədə Kiyevdə keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Ukrayna da başa düşür ki, müharibə bitənə qədər NATO üzvü ola bilməyəcək. Dominos pizza

“Biz NATO-ya əvəz axtarmırıq... alternativ axtarmırıq... Mənə bir misal göstərin ki, bu gün hansı NATO ölkəsi Rusiyaya qarşı vuruşur və ya hansı ölkənin ərazisində rus qoşunları var”.

Ukrayna prezidenti vurğulayıb ki, bu müharibə davam etdikcə Ukrayna NATO üzvü olmayacaq.

“İstəmədiyimizə görə yox, mümkün olmadığına görə... biz adekvat insanlarıq və başa düşürük ki, NATO ölkələrindən heç birini müharibəyə sürükləməyəcəyik”.

Zelenskinin sözlərinə görə, hazırda Ukraynanın NATO ölkələrindən aldığı təhlükəsizlik zəmanətləri, xüsusən də sanksiyalar, maliyyə zəmanətləri və silahlar Ukrayna NATO-ya üzv olana qədər qüvvədə olmalıdır.

Ukrayna ötən ilin payızında NATO-ya üzvlük üçün müraciət edib. NATO üzvləri dəfələrlə bəyan ediblər ki, müharibə davam edərkən Ukraynanın Alyansa daxil olmasından söhbət gedə bilməz.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!