Ukrayna ordusu daha bir yaşayış məntəqəsini azad edib

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna ordusu daha bir yaşayış məntəqəsini azad edib

Dünya

23 Sentyabr 2022 16:25 850


Ukrayna hərbçiləri Donetsk vilayətinin Liman rayonunun Yatsovka yaşayış məntəqəsini Rusiya hərbçilərindən azad edib.

Yenisabah.az UNN-ə istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Əməliyyat Baş İdarəsi rəisinin müavini Oleksiy Qromov məlumat yayıb.

Onun sözlərinə görə, Ukrayna müdafiə qüvvələri bölmələrinin hücumu nəticəsində Yatsovka yaşayış məntəqəsi üzərində nəzarət bərpa edilib: "Bu kənd Xarkov vilayəti istiqamətindən Oskol çayının o biri tayında yerləşir". Sezar pizza

O.Qromov bildirib ki, Ukraynanın şərqində vəziyyət ağır olsa da, hələ ki nəzarətolunandır.

Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi bu il fevralın 24-də başlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!