Ukrayna ordusu İran dronunu məhv etdi

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna ordusu İran dronunu məhv etdi

Dünya

08 Mart 2023 10:16 615


Ukrayna Silahlı Qüvvələri Rusiya hərbi birləşmələri tərəfindən havaya qaldırılan İranın "Shahed" dronunu məhv edib. 

Yenisabah.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Qərargahı məlumat yayıb. 

Bildirilib ki, dron Ukrayna səmasında təsbit edilib və zərərsizləşdirilib. Məlumata görə, PUA Severşina yaşayış məntəqəsinin üzərində vurulub.  Dominos pizza

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!