Ukrayna ordusu Rostov vilayətində optik-mexanika zavodunu vurub

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna ordusu Rostov vilayətində optik-mexanika zavodunu vurub

Dünya

26 Sentyabr 2026 16:15 128


Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Rostov vilayətinin Azov şəhərində yerləşən Azov Optik-Mexanika Zavodunun istehsal güclərini vurub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Qüvvələrinin Baş qərargahı məlumat yayıb.

Bildirilib ki, Ukrayna istehsalı olan "Neptun" qanadlı raketləri ilə vurulan zavodun ərazisində yanğın qeydə alınıb, həmçinin beş istehsalat binasında avadanlıqlar zədələnib. pizza mizza

Qeyd edək ki, Azov Optik-Mexanika Zavodu Rusiyanın “Taktiki Raket Silahları” korporasiyasının tərkibinə daxildir. Müəssisə optik-mexaniki və optik-elektron məhsullar, artilleriya, raket və tank əleyhinə silahların komplektləşdirilməsi üçün elektron sistemlər, həmçinin taktiki idarə olunan raketlər üçün radiolokasiya özütuşlama başlıqları istehsal edir.\APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!