Ukrayna Rusiyaya zəmanət verdi: Hücum etməyəcəyik

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna Rusiyaya zəmanət verdi: Hücum etməyəcəyik

Dünya

03 Fevral 2023 09:25 856


Ukrayna Rusiya ərazisinə uzaqmənzilli raketlərlə hücum etməyəcəyinə zəmanət verməyə hazırdır. 

Yenisabah.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov bildirib. 

Onun sözlərinə görə, Ukraynanın müttəfiqləri Kiyevə uzaqmənzilli raketlər çatdırsalar, həmin silahlarla Rusiya ərazisinə hücum edilməyəcək.  Marqarita pizza

Reznikov qeyd edib ki, hazırda Ukraynanın uzaqmənzilli raketlərə ehtiyacı var.  

“Ümid edirik ki, bu il əks-hücuma başlamaq və müharibəni Ukrayna, eləcə də bütün azad dünyanın qələbəsi ilə bitirmək üçün fürsət olacaq”, - deyə müdafiə naziri söyləyib.Qeyd edək ki, Ukrayna rəsmiləri dəfələrlə Qərb müttəfiqlərinə müraciət edərək, bu ölkəyə uzaqmənzilli raketlər verilməsini istəyib. 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!