Ukrayna səfirliyi Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycanı təbrik etdi

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna səfirliyi Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycanı təbrik etdi

Siyasət

20 Sentyabr 2026 17:16 109


Ukraynanın Azərbaycandakı səfirliyi 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə təbrik ünvanlayıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə diplomatik missiyanın rəsmi "Facebook" səhifəsində müvafiq paylaşım edilib.

"Azərbaycanı bu mühüm dövlət bayramı münasibətilə ürəkdən təbrik edirik! Qoy Azərbaycan bundan sonra da öz dövlətçiliyini daha da möhkəmləndirsin, inkişaf edərək çiçəklənsin, xalqı isə sülh, həmrəylik və rifah içində yaşasın. pizza sifarişi

Ukrayna və Azərbaycan bütün dövrlərdə bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib, indi də dəstəkləməkdə davam edir. Ölkələrimiz mehriban dostluq əlaqələrini və qarşılıqlı faydalı strateji tərəfdaşlığını mütəmadi olaraq inkişaf etdirir.

Biz Ukraynaya göstərdiyi həmrəyliyə və dəstəyə görə Azərbaycan rəhbərliyinə, eləcə də xalqına səmimi qəlbdən minnətdarlığımızı bildiririk. Sülh, rifah və tərəqqi arzulayırıq, Azərbaycan Respublikası! Dövlət Suverenliyi Gününüz mübarək!", - müraciətdə qeyd olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!