4 İyul - 04:04
Ukrayna və Moldovaya Aİ-yə namizədlik statusu təsdiqləndi

Ukrayna və Moldovaya Aİ-yə namizədlik statusu təsdiqləndi

Dünya

23 İyun 2022 16:03 372


Avropa Parlamenti Ukrayna və Moldovaya Aİ-yə namizəd statusunun verilməsini tələb edən qətnaməni təsdiqləyib. 

Yenisabah.az “RIA Novosti”yə istinadla xəbər verir ki, sənədin lehinə 529 deputat, əleyhinə 45 nəfər səs verib, 14 deputat bitərəf qalıb.

“Avropa Parlamenti bir daha Aİ sammitini Ukrayna və Moldovaya Aİ-yə namizəd statusu verməyə, eləcə də Gürcüstana belə statusun verilməsi istiqamətində işi davam etdirməyə çağırıb”, - deyə qətnamədə deyilir.

Xatırladaq ki, Avropa Komissiyası (AK) iyunun 17-də Ukrayna və Moldovaya Avropa İttifaqına namizəd statusunun verilməsi barədə göstəriş verib. Eyni zamanda, AK Gürcüstanı hələlik belə status verməməyə çağırıb.

Bu məsələnin yekun həlli AB liderləri tərəfindən iyunun 23-24-də Madrid sammitində qəbul ediləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!