Ukrayna prezidenti Volodimir Zelenski Co Baydenlə qarşıdakı görüşdə ATACMS raketlərinin tədarükü məsələsini müzakirə edəcək.
Yenisabah.az “Corriere della Sera”ya istinadla xəbər verir ki, bunu Ukrayna XİN-in nümayəndəsi Oleq Nikolenko bildirib.
O deyib: “ABŞ-la ATACMS təchizatını müzakirə edirik. Danışıqlar gedir və biz də tezliklə bu silahları alacağıq”. Toyuqlu pizza
Nikolenkonun sözlərinə görə, Ukrayna bu səfərlə sülh planını möhkəmləndirmək, ona mümkün qədər çox ölkəni cəlb etmək istəyir.
XİN nümayəndəsi qeyd edib ki, Zelenski "taxıl marşrutları"ndan da danışacaq.
“İndi hamıya aydındır ki, ruslar müqaviləni yeniləməkdə maraqlı deyillər... Onlar Ukraynanı qlobal kənd təsərrüfatı bazarında rəqib kimi neytrallaşdırmaq istəyirlər. Onlar isə qiymətlərin qalxmasını, bununla da Asiya və Afrika ölkələrinə zərər vurmasını istəyirlər. Ona görə də biz müttəfiqlərimizlə birlikdə alternativ yollar tapmağa çalışırıq”.
Xatırladaq ki, Volodimir Zelenski və Co Bayden arasında görüş sentyabrın 21-də Nyu-Yorkda BMT Baş Assambleyasının Yüksək Səviyyəli Həftəsi çərçivəsində baş tutacaq.
Telegram kanalımız