Baxmutda gedən döyüşlərdə 2 Kanada vətəndaşı həlak olub.
Yenisabah.az CBC-yə istinadla xəbər verir ki, şəhər ətrafında gedən döyüşlər zamanı Ukraynanın xarici legionunun tərkibində vuruşan 27 yaşlı Kayl Porter və 21 yaşlı Kol Zelenko həlak olub.
Ölümündən 3 gün öncə CBC ilə danışan Porter Baxmut cəbhəsi “ətçəkən maşın” kimi təsvir edib. Dördpendirli pizza
Kanadalı döyüşçülərin qaldıqları bunkerə artilleriya zərbəsi endirilməsi nəticəsində üç ukraynalı hərbçi ilə birlikdə həlak olduqları açıqlanıb.
Hər ikisinin daha əvvəl Kanada Silahlı Qüvvələrində xidmət etdikləri, lakin Ukrayna ordusuna qoşulmadan öncə istefa verdikləri qeyd edilib.
Qeyri-rəsmi rəqəmlərə əsasən bununla da Ukraynada həlak olan kanadalı döyüşçülərin sayı 4 və ya 5 nəfərə çatıb.
Telegram kanalımız