Rusiya Federasiyasının Müdafiə Nazirliyi "xüsusi hərbi əməliyyat" zamanı Ukrayna ordusunun tərəfində vuruşan 4845 əcnəbinin məhv edildiyini bildirib.
Yenisabah.az xəbər verir ki, bu, iyunun 30-na qədər olan məlumatdır.
Əcnəbi muzdluların böyük əksəriyyəti ABŞ, Kanada və Avropa ölkələrindəndir. Daha 4801 əcnəbi döyüşçü Ukrayna ərazisini tərk edib. Toyuqlu pizza
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, jazırda Ukrayna Silahlı Qüvvələrinin sıralarında 2029 muzdlu döyüşçü fəaliyyətini davam etdirir.
Ümumən 2022-ci il fevralın 24-dən etibarən 84 dövlətdən 11 675 xarici muzdlu Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüş əməliyyatlarında iştirak etmək üçün Ukraynaya gəlib. Ən çox muzdlu əsgər Ukraynaya 2022-ci ilin mart-aprel aylarında gəlib, lakin gəliş dinamikası kəskin şəkildə azalıb.
Telegram kanalımız