Ukraynanın Xarkov vilayətinin işğaldan azad edilən Çuquyev rayonu ərazisində azərbaycanlı ailənin meyitləri aşkarlanıb.
Yenisabah.az Report-a istinadla xəbər verir ki, 45 yaşlı Əlişir Nurullayev, onun arvadı və azyaşlı uşağının meyitləri tanınmaz halda tapılıb.
Hazırda Xarkov vilayətində yaşayan bir qrup həmyerlimiz azərbaycanlı ailənin meyitlərinin hissələrini oradan toplayaraq uyğun bir yerdə dəfn etməyə çalışırlar. pizza mizza
Azərbaycanlı ailə Rusiya hərbçilərinin bu ərazini işğal etməyə cəhd edən zaman baş verən partlayışlarda həlak olub.
Hər 3 meyit ərazi işğaldan azad olunana qədər dəfn edilməmiş qalıb.
Telegram kanalımız