Ukraynada döyüşmək istəyənlərə səfirlikdən sərt xəbətdarlıq

saytların hazırlanması

Evə çatdırılma

Ukraynada döyüşmək istəyənlərə səfirlikdən sərt xəbətdarlıq

Dünya

10 Avqust 2022 12:18 1016


Özbəkistanın Rusiyadakı səfirliyi Ukraynada döyüşmək istəyən özbəklərə xəbərdarlıq edib.

Yenisabah.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəlik məlumat yayıb.

Səfirlik xəbərdarlığı Ukraynada Rusiya tərəfdən döyüşmək üçün Özbəkistan könüllü taborunun yaradılacağı barədə xəbərlər yayıldıqdan sonra edib. pizza sifarişi

Diplomatik korpus taborun bütün üzvlərinin cinayət məsuliyyətinə cəlb ediləcəyini açıqlayıb:

“Özbəkistanın Rusiyadakı səfirliyi həmvətənlərini cinayət məsuliyyəti müəyyən edilmiş xarici dövlətlərin ərazisində könüllü taborlar yaratmaq və ya döyüş əməliyyatlarında iştirak etməkdən çəkinməyə çağırır. Diplomatik nümayəndəlik bildirir ki, Özbəkistan Cinayət Məcəlləsinin 154-cü (muzdlu) maddəsinə əsasən, xarici dövlətin ərazisində silahlı münaqişələrdə və ya döyüş əməliyyatlarında qanunsuz iştirak cinayətdir”.

Qeyd olunub ki, bu maddə ilə ittiham olunanları on ilədək həbs cəzası gözləyir.

Xatırladaq ki, ötən gün Rusiyanın Perm şəhərindəki özbək diasporası Ukraynada Rusiya tərəfində döyüşlərdə iştirak etmək üçün soydaşlarından ibarət tabor yaratmağı təklif edib. Permdə özbək diasporunun nümayəndələrindən tabor yaratmaq təklifini “Perm Diyarı Özbəklərinin Orta Asiya Cəmiyyəti”nin lideri irəli sürüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!